Haqqında
XəbərlərProfilaktikaMütəxəssislər üçünpro
Əlaqə
Praktik yönləndirməTƏCİLİ

Quduzluq riski

Heyvan təması sonrası quduzluq riski vaxt itirmədən həkim tərəfindən qiymətləndirilməlidir.

Ümumi məlumat

Quduzluq riski sahibsiz və ya peyvənd statusu bilinməyən it, pişik, tülkü, çaqqal, canavar, yarasa və digər istiqqanlı heyvanların dişləməsi, cırmaqlaması və ya tüpürcəyinin açıq yara və selikli qişaya təması zamanı yarana bilər. Riskin dərəcəsi heyvanın növü, davranışı, müşahidə oluna bilməsi, təmasın yeri və yaranın dərinliyi ilə bağlıdır. Belə hallarda simptom gözləmədən tibbi yardım almaq vacibdir.

Nə etməli? — addım-addım

  1. 1

    Təmas nahiyəsini dərhal bol axar su və sabunla ən azı 15 dəqiqə yuyun.

  2. 2

    Yaranı təmiz saxlayın və üzərinə təmiz, steril sarğı qoyun.

  3. 3

    Heyvanın sahibli, sahibsiz, peyvəndli olub-olmadığını və müşahidə oluna bilib-bilmədiyini müəyyən etməyə çalışın.

  4. 4

    Heyvanı özünüz tutmağa, öldürməyə və ya aqressiv heyvana yaxınlaşmağa çalışmayın.

  5. 5

    Gecikmədən ən yaxın travmatoloji və ya quduzluq əleyhinə tibb məntəqəsinə müraciət edin.

  6. 6

    Həkim quduzluq əleyhinə post-ekspozisiya profilaktikası, immunoqlobulin, tetanus profilaktikası və yara infeksiyası riskini qiymətləndirməlidir.

  7. 7

    Peyvənd başlanıbsa, həkimin dediyi günlərdə bütün dozaları vaxtında tamamlayın.

Diqqət!

Quduzluqda klinik əlamətlər başladıqdan sonra xəstəlik demək olar ki, həmişə ölümcül nəticələnir. Buna görə heyvan dişləməsi, cırmaqlaması və ya tüpürcəyin açıq yaraya təması zamanı gözləmək olmaz; profilaktika qərarı gecikdirilmədən həkim tərəfindən verilməlidir.

* Bu məlumatlar yalnız maarifləndirici xarakter daşıyır. Həkim müayinəsini və ya təcili tibbi yardımı əvəz etmir. Ciddi vəziyyətdə dərhal 103-ü zəng edin.

🚑 103
💬WhatsApp